22.8 C
Bakı
10 İyun 2026 02:11
İdman

PSJ Neymarı icarəyə vermək istəyir

PSJ Neymarı icarəyə vermək istəyir

Braziliyalı hücumçu Neymar yay transfer pəncərəsində PSJ-ni tərk edə bilər.

Tacxeber.comxəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb. Paris təmsilçisinin idman müşaviri Luis Kampos  forvardın getməsinə razıdır. Amma o, son qərarı futbolçunun meneceri Pini Zahavi və PSJ prezidenti Nasser Əl-Xəlaifinin öhdəsinə buraxır.

PSJ hücumçunu satın ala bilmə şərti ilə icarəyə verməyə hazırdır. Hesab olunur ki, braziliyalı futbolçu kluba uyğun gəlmir. Çünki PSJ rəhbərliyi komandanın heyətini gəncləşdirmək,  fransalı futbolçuların sayını artırmaq istəyir.

Son həftələrdə Səudiyyə Ərəbistanından bir klub hücumçu ilə maraqlansa da, bu variant Neymar üçün prioritet deyil.

Qeyd edək ki, Neymarın Paris klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt”a görə, futbolçunun təxmini dəyəri 70 milyon avrodur.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur klub “Qarabağ”ın bu oyunçusunu transfer etmək istəyir – Amma ….

admin

Qurban Qurbanov Londonda oyunöncəsi tıxacda qalmaqlarından gileyləndi

admin

Rusiya və Belarus idmançıları yarışlara buraxılmayacaq – Qərar yeniləndi

redaktor