GündəmHadisə

“Asqırdıqdan sonra beynim partladı, burnumdan qan gəldi” – ABŞ-lı gəncin hekayəsi təəccübləndirir

 

ABŞ-da 26 yaşlı Sam Messina asqırarkən başı partlayıb.

Tacxeber.com xəbər verir ki, o asqırdıqda sonra ağır beyin anevrizması keçirib.

Hadisə 2016-cı ildə Sam Alabama Universitetində təhsil aldığı zaman baş verib.

“Universitetin üçüncü kursunda yatağımda uzanarkən asqırdım. Asqırdığımda beynim az qala partlayacaqdı, burnumdan qan axmağa başladı və insult keçirdim” – o söyləyib.

Baş verənlərdən dəhşətə gələn Messina huşunu itirməmiş anasına və sevgilisinə zəng vura bilib.

Xəstəxanaya yerləşdirilən tələbəYə həkimlər arteriovenoz malformasiya (AVM) diaqnozu qoyublar.

Həkimlər Messinanın beynində şiddətli qanaxma olduğu üçün təcili əməliyyata qərar verib və onu başqa xəstəxanaya köçürüblər. Asqırma nəticəsində yaranan qan laxtasını çıxarmaq üçün 3 dəfə əməliyyat keçirən Messinanın əməliyyatları tamamlandığında başında 27 ştapel olub.
əməliyyatdan sonra 1 həftə xəstəxanada qalan gənc daha sonra 1 ay da evdə müalicə alıb.

O, tamamilə sağaldıqdan sonra videoqraflıq etməyə başlayıb.

Sam hazırda ABŞ-da müxtəlif brendlər üçün videolar hazırlayan “Moouse Media” adlı şirkətin sahibidir.

Oxşar xəbərlər

AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR

redaktor

Mağazaların müştəriləri aldatma üsulları: Fırıldaqçılıq, yoxsa marketinq hiyləsi? – VİDEO

redaktor

Bakıdakı partlayışda ölən şəxs polis imiş

redaktor