25.4 C
Bakı
27 İyun 2026 14:47
Hadisə

Sumqayıtda tanınmış idmançı 7 yaşlı uşağı vəhşicəsinə öldürdü – Anbaan GÖRÜNTÜLƏR

 

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı uşaqlarla kobud rəftarını özündə əks etdirən görüntüləri yayılıb.

Məlumata görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib. Sumqayıt şəhər prokurorluğundan Bakupost.az -a bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.

 Tacxeber.com

Oxşar xəbərlər

Danimarkada daha bir çirkin hücum: Türkiyə səfirliyinin qarşısında Quranı yandırdılar

redaktor

Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş — Müəllimi də döyüb…

redaktor

General Sarvarovun partlayışının baş verdiyi yerin yaxınlığında Moskvada daha bir terror aktı törədilib.

redaktor