26 C
Bakı
27 Sentyabr 2026 13:56
DünyaGündəm

ŞOK: ABŞ-nin Zelenskiyə qarşı casusluq etdiyi ortaya çıxıb

 

Pentaqonun gizli sənədlərinin sızması, qalmaqala yol açıb.

Tacxeber.com CNN-ə istinadən xəbər verir ki, bununla ABŞ hakimiyyətinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı casusluq etdiyini üzə çıxarıb.

Məlumata görə, bu sənədlərin sızması Ukrayna hakimiyyəti üçün sürpriz olmayıb. Ukrayna rəsmiləri məlumat sızmasından son dərəcə məyus olublar.

“New York Times” (NYT) isə yüksək rütbəli kəşfiyyat rəsmisinə istinadən yazır ki, Pentaqondan Ukrayna Silahlı Qüvvələri barədə məxfi məlumatların sızması, ABŞ-nin Avropadakı müttəfiqləri ilə münasibətlərində ciddi problemlər yaradıb.

Məlumatların yayılmasının ağrılı olduğunu yazan NYT onu da qeyd edib ki, bu sənədlər Vaşinqtonun təkcə Rusiyaya deyil, həm də müttəfiqlərinə qarşı casusluq etdiyini açıq şəkildə göstərir.

Bundan əlavə, məxfi məlumatın sızması, Avropa ölkələrinin və Ukraynanın ABŞ kəşfiyyatına inamını azaldacaq, bu da məxfi məlumat mübadiləsinin azalmasına gətirib çıxaracaq.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor