19 C
Bakı
10 Sentyabr 2026 01:54
Cəmiyyət

Natiq Cəfərli: “Yazırlar ki, sən gizlən, biz döyüşərik”

 

“İnternet televiziyaları vacib media sayıram, amma kanallarda yayılan videoların altında yazılan şərhlər başqa bir aləmdir, əsəblərini “söndürüb” oxuyanda hətta gülmək-əylənmək də olar”.

Tacxeber.com-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Detallı izah edirsən ki, Qarabağda antiterror əməliyyatları, hərbi addımlar işin daha asan hissəsidir, Azərbaycan Ordusu bu addımları çox rahat və tez ata bilər, amma bunun üçün əvvəl siyasi-diplomatik təməl, PR və media hissəsi hazırlanmalıdır. Aşağıdan kril əlifbası ilə biri yazır ki, “sən qorxaqsan”, başqa birisi çox sayda nida işarəsi ilə, “sən get gizlən, biz döyüşərik”, yazır. Belələrinin girib profilini tapırsan, digər sosial şəbəkələrdə aşkarlayırsan, görürsən ki, ya xaricdədir, ya da yaşı-başı keçmiş “divan Rembosu”dur. Və ya İranın düşmən, ağılsız və məntiqsiz siyasətindən doğan gərginlik yaşanır, amma deyirsən ki, gərginliyin azadılması yolları tapılmalıdır, biz qonşu dövlətlərik, birbaşa toqquşmalardan çəkinmək lazımdır. Altdan şərhlər gəlir ki, sən molla rejiminə xidmət edirsən, acizsən, qorxaqsan və s. Belələrini araşdıranda görürsən ki, ya Ərəb körfəzi ölkələrindən gələn küləklə oynayanlardır, ya da özünü millətçi sayan, amma millətçiliyin nə olduğunu belə qanmayan tiplərdir. Nə isə, işimiz ağırdır, amma şərəflidir, doğruları, düşündüklərimizi söyləməkdə davam edəcəyik…” – N.Cəfərli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Şəhidlərə, ağrılı ailələrinə hörmət, dəstək hamının borcudur. Amma…

redaktor

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə – Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…

redaktor