21.6 C
Bakı
28 İyun 2026 09:01
DünyaHadisə

Makronun sevimli restoranı yandırıldı – VİDEO

 

Fransanın paytaxtında pensiya islahatlarına qarşı etirazçılar ölkə prezidenti Emmanuel Makronun ziyarət etməyi sevdiyi məşhur “La Rotonde” restoranına hücum ediblər.

Tacxeber.com xəbər verir ki, nümayişçilər obyektin fasadını yandırıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının binaya keçməsinin qarşısını alıblar. Onlar tez bir zamanda yanğını söndürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütləni müəssisədən uzaqlaşdırıblar. Buna cavab olaraq nümayişçilər təhlükəsizlik qüvvələrinə şüşə və daş atıblar.

Bildirilir ki, Makron 2017-ci ildə keçirilən prezident seçkilərinin ikinci turuna keçidi bu restoranda qeyd edib. Daha sonra dövlət başçısı eyni məkanda bir neçə dəfə peyda olub.
Xatırladaq ki, cümə axşamı Fransanın bir sıra şəhərlərinin sakinləri yenidən pensiya islahatının qəbul edilməsinə qarşı etiraz ediblər. Paris, Nant, Marsel, Lion, Nitsa və digər şəhərlərdə minlərlə insanın iştirakı ilə nümayiş keçirilib. Nümayişlər iğtişaşlarla müşayiət olunub. Yaralanan və saxlanılanlar var.

 

Oxşar xəbərlər

Vladimir Putin Donald Trampı burnundan tutub gəzdirməkdə davam edir – “The Wall Street Journal”

redaktor

Lukaşenkodan ölkədən qaçan ruslarla bağlı ŞOK AÇIQLAMA: “25 milyonluq ordu…”

redaktor

Rusiyalı deputatdan Paşinyanın bəyanatına REAKSİYA: “Alçaqlıqdır…”

redaktor