21.6 C
Bakı
28 İyun 2026 07:41
Hadisə

Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında mübahisə – VİDEO

 

Bakıda taksi xidmətindən istifadə edən qadın narazıdır.

Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, buna səbəb sürücünün yol boyu telefondan istifadə etməsidir.

Hadisə ötən gün, Nərimanov rayonundan Tbilisi prospektinə gedən yolda qeydə alınıb.

Belə ki, sürücü maşını idarə edərkən paralel olaraq “WhatsApp” sosial şəbəkəsində mesajlaşıb. Onun bu hərəkətinə öz iradını bildirən xanım sərnişinə isə kobud şəkildə cavab verib. Nəticədə sürücü və sərnişin arasında mübahisə yaranıb.

Şübhəsiz ki, sürücü bu əməli ilə həm özünün və sərnişinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

Azərbaycanda jurnalist tibbi əməliyyat zamanı komaya düşdü

redaktor

Jurnalist Elnarə Qasımova saxlanılıb

redaktor

Yağış yağan kimi Bakını niyə su basır?

redaktor