19 C
Bakı
10 Sentyabr 2026 04:54
Dünya

Medvedev: Putini həbs etmək Rusiyaya qarşı müharibə elan etməkdir

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin barəsində çıxardığı həbs orderi ilə bağlı məhkəmənin qərarını tanıyan ölkələr tərəfindən icra olunması ehtimalına münasibət bildirib.

Medvedev bu qərarın icra olunmasının Rusiyaya qarşı müharibə etmək elanı anlamı daşıdığını söyləyib:

“Almaniyanın ədliyyə naziri deyir ki, əgər Vladimir Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. Heç anlayırmı ki, nə deyir?! Anlaşılandır ki, bu heç vaxt reallaşmayacaq. Amma yenə də… Təsəvvür edək ki, reallaşıb. Nüvə nəhənginin fəaliyyətdə olan dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olan halda, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə uçacaq. O, başa düşürmü ki, bu “casus belli”dir, müharibə elanıdır, ya da o, pis oxuyub?!”, deyə rusiyalı siyasətçi vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İran ABŞ bazalarını çökdürürmü?

redaktor

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor

Qazaxıstandan Bakıya bərə səfərləri 6 ildən sonra bərpa olunur

redaktor