16 C
Bakı
25 Oktyabr 2026 12:43
Hadisə

“Lotu Quli”nin adamları Kamçatkada TUTULDU

 

Rusiyanın Kamçatka vilayətində “Lotu Quli”nin tərəfdarı olan “Molodoy” ləqəbli Elşad Quliyev ilə birgə daha 3 azərbaycanlı saxlanılıb.

Tacxeber.com lent.az-a istinadla xəbər verir ki, onlar quldurluqda, reketçilikdə, qanunsuz silah gəzdirmədə, habelə özgə əmlakına ziyan vurmaqda ittiham olunurlar.

24 yaşlı Cavid Məmmədov, 54 yaşlı Bəhmən İbayev və 41 yaşlı İbrahim Muradov yerli ticarətçilərdən milyonlarla rubl mənimsəyiblər.

Hazırda Elşad Quliyevlə birgə digər şəxslərlə bağlı istintaq başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor