16 C
Bakı
25 Oktyabr 2026 11:55
Siyasət

Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən narahatdır

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib.

Şarl Mişel bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Dinc etiraz hüququ istənilən demokratiyanın əsasını təşkil edir. “Xarici təsir” qanununun qəbulu Gürcüstanda əksəriyyətin arzuladığı Aİ-yə inteqrasiya yoluna uyğun deyil. Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Aİ layihəsinin əsasında dayanır”, – deyə Aİ Şurasının Prezidenti vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin