22.7 C
Bakı
09 İyun 2026 11:42
Dünya

“Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm” – Donald Tramp

 

“Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə adam mənəm”.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu sabiq ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Mühafizəkarlar Birliyinin konfransında çıxış edən Tramp həmçinin Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini iddia edib.
Hazırda ABŞ-ın müstəqil bir ölkə olmadığını deyən Tramp sözlərinə belə davam edib:

“Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülmə məruz qalan və xəyanətə uğrayanlar, sizin intiqamınızam”.

Sabiq prezident xələfi Co Baydeni də tənqid edərək “Onu Ağ Evdən çıxaracağıq” söyləyib.

D.Tramp ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxdığını deyərək, ölkəsinin orada qoyduğu silahları Talibanın başqa ölkələrə satdığını iddia edib.

Qeyd edək ki, D.Tramp ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun 15 yaşlı oğlu daha bir dövlət mükafatı aldı.

admin

Tarixi görüş

redaktor

“Türkiyə olmasa idi Qəzzada atəşkəs əldə olunmazdı” -Trampın nümayəndəsi

redaktor