17 C
Bakı
27 Sentyabr 2026 09:38
Hadisə

Azərbaycanda jurnalist tibbi əməliyyat zamanı komaya düşdü

Azərbaycanda jurnalist tibbi əməliyyat zamanı komaya düşdü

Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.

Tacxeber.comMedicina.az-a istinadən xəbər verir ki, jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən əməliyyat olunub.

Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.

Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.

Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.

Tacxeber.com

Oxşar xəbərlər

Qazaxstanda bu gün matəm elan edilib

redaktor

ABŞ-da prezidentə qarşı media boykotu

admin

Fazil Qasımov məhkəmə iclaslarına aparılmamasına etiraz olaraq quru aclığa başlayıb

admin