22.2 C
Bakı
10 İyun 2026 03:28
Gündəm

Vaqif Axundovun bacısı oğluna hökm oxunub

 

Rüşvət almaqda təqsirləndirilən Vüsal Babayevə hökm oxunub, ona şərti cəza verilib.

Tacxeber.com-ın “Report”a istinadən xəbərinə görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsində elan edilib.

Xatırladaq ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunub, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olub.

Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunmuşdu.

O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi.

Xatırladaq ki, V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Tacxeber.com

Oxşar xəbərlər

“Sənin 25 yaşında oğlundan xəbərin yoxdur deyə ……” – Kəsəmənli ailəssində QALMAQAL böyüməkdədir.

admin

Uşaq evindəki qanunsuzluqlaı ifşa edənə 10 il verdilər

admin

“Çubuq sizdədir, bəs top…?” – Hakan Fidandan ABŞ-yə CAVAB

admin