25.7 C
Bakı
13 İyun 2026 22:33
Dünya

Estoniya Prezidenti Azərbaycan və Ermənistana çağırış edib

 

“Beynəlxalq ictimaiyyətin dəstəyi və danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir”.

Tacxeber.com xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra feysbukda yazıb.

O, Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini vurğulayıb: “Estoniyanın dinc və sabit görmək istədiyi Cənubi Qafqaz regionu Ermənistanın uğurlu və firavan gələcəyi üçün zəruri ilkin şərtdir”.

Qeyd edək ki, yanvarın 16-da Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.

Tacxeber.com

Oxşar xəbərlər

Kamikadze dronları ilə müharibədə qalib gəlməyin yolu açıqlanıb

redaktor

Erməni konyakını sevirdi, prezidentin qarşısına lüt çıxdı… 150 yaşlı Çörçill haqqında miflər və həqiqətlər

admin

Ruslar Odessa xəsətəxanasını vurdu: əməliyyat aparan həkim yaralandı

redaktor