16 C
Bakı
25 Oktyabr 2026 12:44
Dünya

Estoniya Prezidenti Azərbaycan və Ermənistana çağırış edib

 

“Beynəlxalq ictimaiyyətin dəstəyi və danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir”.

Tacxeber.com xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra feysbukda yazıb.

O, Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini vurğulayıb: “Estoniyanın dinc və sabit görmək istədiyi Cənubi Qafqaz regionu Ermənistanın uğurlu və firavan gələcəyi üçün zəruri ilkin şərtdir”.

Qeyd edək ki, yanvarın 16-da Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin