16 C
Bakı
25 Oktyabr 2026 11:36
Dünya

Trampdan növbəti çağırış

Trampdan növbəti çağırış

 

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının üzvü Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçkilərlə bağlı çağırış edib.

Tacxeber.com “Vaşinqton post”a istinadən xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda izləyicilərini və bütün ölkəni respublikaçı Kevin Makkartini dəstəkləməyə çağırıb.

O, Makkartiyə inandığını vurğulayıb.

Qeyd edək ki, Respublikaçıların lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib.

Makkartinin əsas rəqibi, demokratların namizədi Hakim Ceffris 212, respublikaçı liderin özü isə partiyasının aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 202 səs toplayıb. Qələbə qazanmaq üçün 218 səs toplamaq lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin