22.8 C
Bakı
10 İyun 2026 00:49
Dünya

KİV: Şimali Koreyada keçmiş nazir və bir neçə diplomat edam edilib

KXDR-in keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat 2022-ci ilin yayında və payızında edam edilib.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Li Yonq Ho 2016-2020-ci illərdə Böyük Britaniyada səfir kimi çalışıb. Edamın səbəbi də onun fəaliyyətindəki uğursuzluqlar göstərilir.

Li Yonq-ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib.

Onunla yanaşı, KXDR Dövlət Şurasının ABŞ üzrə xüsusi nümayəndəsi Kim Hyuk Çol və Xarici İşlər Nazirliyinin daha dörd əməkdaşı da edam cəzasına məhkum olunub. Cəzaya səbəb onların ikinci ABŞ-KXDR sammitində Amerika lideri ilə razılığa gələ bilməmələri olub.

Tacxeber.com

Oxşar xəbərlər

Qoy gəlinlərimizdən biri də italyan olsun

redaktor

Rusiyada dünyada analoqu olmayan ən güclü silahı döyüş xidmətinə çıxarıldı… – VİDEO

admin

İstanbul hava limanında biabırçılıq – Anbaan VİDEOya çəkdilər

redaktor