16 C
Bakı
25 Oktyabr 2026 12:13
Cəmiyyət

“Polkovnik oğlu olsam da, fəhləlik edirdim”

"Polkovnik oğlu olsam da, fəhləlik edirdim"

“Cavan illərimdə əzab-əziyyət çəkmişəm, kağız daşımışam. Allah qismət edib ki, bu kağızlar kitaba çevrilib. Onunla evimə ruzi aparıram. Hamısı zəncirvari biri-biri ilə bağlıdır.  İndi gənclər deyirlər ki, iş yoxdur. Onu-bunu edə bilmirəm. Baxıram ki, işdən çox iş var. Sadəcə hərəkət etmək lazımdır”.

Bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Dikdaban” verilişində deyib. Aktyor polkovnik oğlu olsa da, fəhləlik etdiyini bildirib:

“Mən polis, polkovnik oğlu olsam da, o vaxt heç nəyə baxmadım, getdim fəhləlik etdim. Bu gün isə Allah mənə ruzimi verir. İndi fəhlə, santexnik, elektrik tapmaq olmur. Deyirsən, gəl işlə, cavab verir ki, işləyə bilmərəm. O zaman biz cavan uşaqlardıq, heç nəyin fikrini çəkmirdik. İşləyirdik, pul qazanırdıq. Bilirəm ki, əgər sabah başıma bir iş gəlsə, fəhləçilik edə bilərəm. Bundan qorxmuram, çəkinmirəm. Taksidə də, marketdə də işələyə bilərəm. Nə efir vasitəsi ilə nə xanımımın, nə övladlarımın yanında boynu bükük, aciz vəziyyətdə “Yoxdur, alınmır” demərəm”. (Axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin