19 C
Bakı
10 Sentyabr 2026 03:57
İdman

Rahat yat, kral Pele! – Ronaldo Pelenin vəfatı ilə bağlı təsirli paylaşım etdi

 

 Kriştianu Ronaldo  üçqat dünya çempionu Pelenin vəfatı ilə bağlı instaqram hesabında paylaşım edib.

Portuqaliyalı Pelenin ölümündən kədərləndiyini bildirib.

“Bütün Braziliyaya, xüsusən də cənab Edson Arantes do Nascimentonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hazırda bütün futbol dünyasını əhatə edən ağrını ifadə etmək çox çətindir. Pele milyonlarla insan üçün ilham və əbədi olaraq bir istinad idi. Onun mənə həmişə göstərdiyi məhəbbət və uzaqdan da olsa, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq və xatirəsi hər bir futbolsevərimizdə əbədi yaşayacaq. Rahat yat, Kral Pele”,- deyə Ronaldo bildirib.

Xatırladaq  ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Bundan əlavə Braziliya millisinin hücumçusu Pele karyerası ərzində 1279 qola imza ataraq  Ginnessin Rekordlar Kitabına düşüb.

Tacxeber.com

Oxşar xəbərlər

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin

Varqas Türkiyənin uğurudur, amma Türkiyənin uğuru təkcə Varqas deyil

redaktor

“Mançester Yunayted”ə qarşı fərqli planımız olacaq” – Dambrauskas

admin