16 C
Bakı
25 Oktyabr 2026 11:55
Dünya

Daha bir piyada keçidi istifadəyə verildi

Daha bir piyada keçidi istifadəyə verildi

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrində inşa olunan yerüstü piyada keçidi istifadəyə verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, tikinti çərçivəsində yolun hər iki tərəfində yeniavtobus ciblikləri, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.

İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 39metr, eni 3,5 metr, pilləkənlərin eni 3metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.

Keçiddə müasir lift sistemləri və videomüşahidə qurğuları quraşdırılıb.

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9 və 18,5-ci kilometrlik hissələrində 2 yeni yerüstü piyada keçidi istifadəsinə verilib.

Hazırda sözügedən magistral yolun 20,2 və 21,5-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin