16 C
Bakı
25 Oktyabr 2026 12:44
İdman

Fransa Mərakeşə qarşı – İkinci finalçı bu gün bilinəcək

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün növbəti finalçı müəyyənləşəcək.

Bu gün ikinci yarımfinal oyununda Mərakeş və Fransa milli komandaları üz-üzə gələcəklər.

“Al Beyt” stadionunda oynanılacaq matçı meksikalı FIFA referisi Sezar Ramos idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Dekabrın 18-də keçiriləcək final matçında Argentina millisi Fransa-Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

“Zirə” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəldi

admin

Yaxşı mübarizə, məyusedici nəticə

admin