19 C
Bakı
10 Sentyabr 2026 01:46
Siyasət

Altı diplomat Britaniyanı tərk edəcək – Mançesterdəki insident çinlilərə baha başa gəldi

 

Çin Xalq Respublikasının Mançesterdəki Baş Konsulluğunun ərazisində Honq-Konqdan olan fəal döyüldükdən sonra altı çinli diplomat Britaniyanı tərk edəcək.

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

Onun sözlərinə görə, Britaniya Xarici İşlər Nazirliyi Çin hökumətindən çinli diplomatların Britaniya polisi tərəfindən sorğu-sual oluna bilməsi üçün onların diplomatik toxunulmazlıqlarını ləğv etməyi xahiş edib. Son tarix dekabrın 14-nə təyin edilib.

“Bizim sorğumuza cavab olaraq Çin hökuməti baş konsulun özü də daxil olmaqla, bu rəsmi şəxsləri Böyük Britaniyadan çıxardı”, – deyə Kleverli bildirib.

Çinin baş konsulunun özü Britaniya televiziyası ilə söhbətində fəalı döymədiyini qeyd edib, lakin etiraf edib ki, kişi onun ölkəsini və rəhbərliyini təhqir etdiyi üçün onun saçından dartıb.

“Düşünürəm ki, bu mənim vəzifəm idi”, – deyə Sky News diplomatdan sitat gətirib. (Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

İran ABŞ bazalarını çökdürürmü?

redaktor

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor

Saatda 2,5 milyard rubl: Kremlin müharibə xərcləri yeni rekorda çatıb

redaktor