19 C
Bakı
10 Sentyabr 2026 03:27
Hadisə

Gəncədəki hadisədə ölənlərin sayı artdı

Gəncədəki hadisədə ölənlərin sayı artdı

 

Ötən gecə Gəncə şəhərində qohumlar arasında baş vermiş dava-dalaş zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

Tacxeber.comDİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisədə bıçaqlanan Niyazi Bayramov da ölüb.

Qeyd edək ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Borc pul üstündə yaranmış münaqişə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov güllələnərək qətlə yetirilib, onun oğlu, 2004-cü il təvəllüdlü Ayxan xəsarət alıb. Həmçinin 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Teymur Kərimovun həbsdə səhhətinin pisləşdiyi bildirilir: “Deyiblər ki, doşab iç, keçib gedəcək”

admin