Dünya

Azərbaycanlılar Qarabağdakı erməniləri aksiyaya qoşulmağa dəvət etdi

 

Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib.

Tacxeber.com  Report-a istinadla xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.

Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.

Tacxeber.com

Oxşar xəbərlər

Ərbil–Süleymaniyyə xətti yenidən bölünür

redaktor

Qəzzalı uşağın fəryadı

redaktor

Putin polisi rusiyalıların internetdə “cinayətlərini” daha fəal axtarmağa çağırıb

redaktor