22.8 C
Bakı
10 İyun 2026 02:35
Hadisə

Rusiyadan Türkiyəyə uçan təyyarədən 46 sərnişin düşürüldü

 

Kalininqrad hava limanından Antalyaya çarter reysləri bərpa edildikdən sonra sərnişinlərin təxminən dörddə biri birinci reyslə uça bilməyib.

Bu barədə bazar ertəsi Xrabrovo hava limanının mətbuat xidmətindən məlumat verilib.

“197 nəfərdən 46-sı istisna olmaqla, hamısı bir qədər gecikmə ilə Sankt-Peterburqdan xüsusi olaraq bu çarter reysi üçün gələn təyyarə ilə yola düşüb. Lakin burada (Kalininqradda – red.) texniki nasazlıq aşkar olunub və komandir 46 sərnişini endirməyə qərar verib”, – mətbuat xidmətindən bildirilib.

Mətbuat xidməti Kalininqraddan uça bilməyən sərnişinlərin məsələni turoperatorla həll edəcəyini qeyd edib. (oxu)

Tacxeber.com

Oxşar xəbərlər

“Mançester Siti”nin məşqçisinin atası Türkiyədə itkin düşübmüş

redaktor

Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir

admin

Rusiyada Azərbaycan diasporunun rəhbərinin oğlu saxlanıldı

redaktor