25 C
Bakı
02 Sentyabr 2026 11:30
İdman

“Biz hücum edəndə Messi küncdə dincəlir” – Van Deyk

“Biz hücum edəndə Messi küncdə dincəlir” – Van Deyk

Niderland millisinin müdafiəçisi Vircil van Deyk dünya çempionatının 1/4 finalında rəqibləri olan Argentina yığmasının lideri Lionel Messi haqda danışıb .

“Liverpul”un futbolçusu “goal.com”a açıqlamasında Messiyə qarşı müdafiə olunmağın çətin olduğunu deyilr.

“Çətinlik ondadır ki, biz hücum edəndə Messi küncdə və ya buna bənzər bir yerdə dincəlir. Müdafiənin təşkili baxımından çox diqqətli olmalıyıq. Həmişə əks-hücumlarda Messini axtarırlar.

Bu, Van Deyklə Messi və ya Niderlandr ilə Messi arasında oyun deyil. Bu, Niderland ilə Argentina arasında bir oyundur. Heç kim Messini tək başına bağlaya bilməz. Biz yaxşı plan hazırlamalıyıq”.

Qeyd edək ki, Argentina ilə Niderland dekabrın 9-da qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah”ın Çempionlar Liqasında təqvimi

admin

Bir məğlubiyyət, min unudulan qələbə

redaktor

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor