22.5 C
Bakı
29 İyun 2026 04:14
Cəmiyyət

Saxta spirtli içki aşkarlandı

Saxta spirtli içki aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb.

Bu barədə məlumat AQTA-dan verilib.

Agentlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Bülbül pr., ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus “Sahil” marketdə plandankənar yoxlama keçirib.

Yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” əmtəə nişanlı viski məhsulları aşkar edilib. Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Silsilə zəlzələlər Xəzər çimərliklərini yararsız edib – TƏHLÜKƏ

admin

İranın daxili işlər naziri: “Barmaqlarımız tətikdədir”

redaktor

Bu gedişlə yaxın zamanlarda vətəndaşlarımız qonşu ölkələrə nökərlik etməyə gedərlər.

admin