17 C
Bakı
25 Oktyabr 2026 16:41
Cəmiyyət

Bu sürücülər icbari tibbi sığortaya cəlb edilir

 

Azərbaycanda taksi sürücüləri icbari tibbi sığortaya cəlb olunacaq.Tacxeber.com xəbər verir ki, bu dəyişikliyi nəzərdə tutan “Tibbi sığorta haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb. Dəyişiklik layihəsində Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilməsi nəzərdə tutulub.

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər. Dəyişikliklər layihəsi III oxunuşda qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mərdəkanda liderlik savaşı – “Qarabağ” “Sabah”a qarşı

admin

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Rövşən Nəcəf eşqbazlığı dillərə dastan olan kadrından VAZ KEÇİR?

admin