Hadisə

Gəncədə kişi həyat yoldaşının gözlərini çıxarıb, özü isə intihar etdi

Gəncədə kişi həyat yoldaşının gözlərini çıxarıb, özü isə intihar etdi

Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib.

Tacxeber.com məlumatına görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən əri isə sonradan özünü bıçaqlayaraq intihar edib.

Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı Yerevandakı Göy məsciddə keçirilən tədbiri “təxribat” adlandırıb

admin

General Natiq Əliyevin qızı saxlanıldı

redaktor

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə iki texniki işçi qrupu yaradıblar

admin