23.2 C
Bakı
10 Sentyabr 2026 21:39
Cəmiyyət

Hava şəraiti dəyişəcək, temperatur 8 dərəcə enəcək XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək, temperatur 8 dərəcə enəcək XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 06-dan 07-si səhərədək arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Tacxeber.com

Oxşar xəbərlər

“Şəki faciəsi: məsuliyyəti küləyin üzərinə atmaq olmaz”

redaktor

“Adın şərəflidir sənin, ey qadın…” — bəs niyə pensiyan 65 yaşında?

redaktor

Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış…

redaktor