36 C
Bakı
14 İyul 2025 19:09
Dünya

Meloni İtaliyanın İLK QADIN Baş naziri kimi and içdi

Meloni İtaliyanın İLK QADIN Baş naziri kimi and içdi

“İtaliya qardaşları” partiyasının lideri Corca Meloni yeni baş nazir kimi and içib. O, ölkə tarixində bu vəzifəni tutan ilk qadındır.

Tacxeber.az xəbər verir ki, bu barədə oktyabrın 22-də “Ansa” agentliyi məlumat yayıb.

Meloni və hökumətinin andını İtaliya Prezidenti Sercio Mattarelle qəbul edib. Hökumət üzvləri and içdikdən sonra ənənəvi olaraq dövlət başçısı ilə xatirə şəkli çəkdiriblər.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Melonini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

“Corca Melonini İtaliyanın ilk qadın baş naziri təyin olunması münasibətilə təbrik edirəm. Gəlin İtaliya və Avropa İttifaqının xeyrinə birlikdə çalışaq”, – o, “Tvitter” hesabında yazıb.

Mərasim prezidentin Kvirinal sarayında keçirilib. Meloni ilə birlikdə 24 nazir and içib. İtaliyanın yeni hökumətində altı qadın var.

Tacxeber.az

Oxşar xəbərlər

Almaniya və Fransa Rusiya vətəndaşlarına viza qadağası tətbiq edilməsinə qarşı çıxdı

admin

ABŞ telekanalında biabırçı səhv: Kiyev Rusiya ərazisi kimi təqdim edildi

redaktor

Aleksey Navalnının anası Putinə videomüraciət etdi – Video

admin