29 C
Bakı
13 Avqust 2026 12:31
GündəmSiyasət

“Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir” – Pakistan səfiri

“Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir” – Pakistan səfiri

“Burada şəhid olanların xatirəsini yad etməyə gəlmişik. Mən həmin hadisələrdən sonra Gəncəyə səfər etmişdim” .

Tacxeber.azxəbər verir ki, bu sözləri Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Ermənistanın Gəncə şəhərinə raket atması nəticəsində həlak olmuş terror qurbanlarının anım tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu, insanlığa qarşı törədilmiş hərbi cinayətlərdir. Təkrar olunmamalıdır və buna görə də, bu hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdır. Ermənistan tərəfi də maraqlı olmalıdır ki, hadisədən məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunsunlar. Nəticədə davamlı sülh əldə olunmalı, sərhədlər müəyyən olunmalıdır. Çünki regionda başqa cür sülh əldə etmək mümkün olmayacaq. Ümid edirəm ki, bu məsələ yaxın zamanda işlənəcək”.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor