22.2 C
Bakı
10 İyun 2026 03:33
Dünya

Azərbaycandan Rusiyaya ixrac edilən 3 min tona yaxın nektarin məhv edilib

Azərbaycandan Rusiyaya ixrac edilən 3 min tona yaxın nektarin məhv edilib

Azərbaycandan Rusiyaya ixrac edilən 3 min tona yaxın nektarin məhv edilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarəsi, bu il avqust ayının sonunda Azərbaycandan ixrac edilən meyvə partiyasında yoluxma aşkar edib.

Tacxeber.az bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan gətirilən 2 707 ton yoluxmuş nektarin Moskva yaxınlığında məhv edilib.

Laboratoriya müayinəsi zamanı meyvələrdə Rusiya üçün karantin obyekti sayılan Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wiedemann)) aşkar edilib.

Yük sahibi nəzarətə alınmış məhsullarla bağlı tədbir görülməsi üçün rəsmi göstəriş alıb və onları məhv etmək qərarına gəlib.

Qeyd edək ki, mövsümün əvvəlindən etibarən “Rosselxoznadzor” tərəfindən Azərbaycandan Moskvaya daxil olan 6 min tondan çox nektarinlə bağlı 300-dən çox avtomobil texniki baxışdan keçirilib və karantin fitosanitar nəzarəti həyata keçirilib.

Tacxeber.az

Oxşar xəbərlər

Makron da sonda Bakı qarşısında diz çökdü

redaktor

Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti – TƏXRİBAT – FOTO

redaktor

Korona son epidemiya deyil – Quterreş

redaktor