Cəmiyyət

34 ton süd məhsulları məhv edildi

34 ton süd məhsulları məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 34 tondan artıq süd məhsullarını məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Sun Food MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Tacxeber.az

Oxşar xəbərlər

İslahat, yoxsa işdən çıxarma kampaniyası?

redaktor

Kənan Basqal işi: müdafiə tərəfi hansı ziddiyyətləri göstərir?

redaktor

Almaniyada həbsdə olan valideynin uşaqlarının taleyi qanunla necə olur?

redaktor