24.2 C
Bakı
28 İyun 2026 20:29
İqtisadiyyat

Avropada qaz kəskin BAHALAŞDI

Avqustun 15-də Avropada qazın qiyməti martın 8-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 2400 dolları ötüb.

 

Tacxeber.az xəbər verir ki, bu barədə  Londonun ICE birjası məlumat yayıb.

 

Hollandiyadakı TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2412 dollara və ya MVt/saat üçün 228,895 avroya yüksəlib.

 

Qeyd edək ki, avqustun 14-də axşam saatlarında qazın qiymətində də kəskin sıçrayış olub – min kubmetr üçün 2350 dollara qədər.

 

Qazın qiymətinin əhəmiyyətli dərəcədə artması “Qazprom”un Rusiya qazının 2022-ci ilin əvvəlindən MDB-yə daxil olmayan ölkələrə ixracının 34,7 faiz azaldığı barədə xəbərləri fonunda baş verib.

 

Xatırladaq ki, Almaniya Rusiya qazının Avropaya tədarükünün azalması fonunda enerji sektoru obyektlərinə mümkün hücumlardan narahatdır.

Tacxeber.az

Oxşar xəbərlər

“Trendyol” Azərbaycandakı ticarət mərkəzlərini necə çökdürür? – Ekspert çıxış yolundan danışdı

admin

Dərman bazarında bahalaşmanın gizli səbəbi

redaktor

“DGK LƏĞV OLUNMALIDIR” – “Şahin müəllim məntiqi ayaq altına qoyub tapdalayır…”

redaktor