28 C
Bakı
13 Avqust 2025 20:26
CəmiyyətİdmanQalmaqal

Planşeti sındıran Qurban Qurbanovun cəzalanmamasının SƏBƏBİ AÇIQLANIB

“Araz-Naxçıvan”a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda texniki zonada planşeti sındıran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun cəzalanmamasının səbəbi açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Report”a AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov açıqlama verib.

 

O, mütəxəssisin etdiyi hərəkətə heç bir cəzanın düşmədiyini bildirib:

“O, öz planşetini sındırıb. Təpiklə sındırdığı planşetin hissələri meydana düşsəydi, kiməsə dəysəydi, cəza veriləcəkdi. Heç kimə xətər yetirmədi, oyun dayanmadı, hakim tərəfindən sarı və ya qırmızı vərəqə də verilmədi. İntizam Komitəsi AFFA nümayəndəsi və referinin yazdıqlarına əsasən qərar çıxarır. Nəyə əsasən cəza verək? Apellyasiya şikayəti versəydilər, udacaqdılar. Bəzi şeylər var ki, cəzaya düşür, bəziləri isə düşmür. Biz İntizam Məcəlləsinə əsasən qərarları açıqlayırıq”.

 

Xatırladaq ki, “Qarabağ” “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzub. Tərəflər arasında cavab görüşü aprelin 23-də reallaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Rəmişin həyat yoldaşı: “Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki…”

redaktor

“Azparking”dən kimlər ödənişsiz istifadə edə bilər?

redaktor

NAMİZƏD: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

admin