DünyaMuharibə

Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi

Donetsk istiqamətində PUA qüvvələri rus işğalçıların ümumi dəyəri təxminən 50 milyon dollar olan üç zenit-raket kompleksini məhv edib.

 

Bu barədə Ukraynanın “Xortitsa” operativ-strateji qoşun qruplaşması məlumat yayıb.

 

Hərbçilərin sözlərinə görə, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin 14-cü BpAK alayının operatorları iki həftə ərzində düşmənin üç hava hücumundan müdafiə sistemini aşkarlayaraq məhv ediblər. Qeyd olunur ki, bunlar modifikasiyası dəqiqləşdirilməmiş iki “Buk” və bir “Tor” zenit-raket kompleksidir.

 

“Bu komplekslər düşmənin hava hücumundan müdafiəsinin mühüm elementləridir və onların ümumi dəyəri təxminən 50 milyon dollar təşkil edir. Məhv edilməsi üçün hədəfin tutulması və avtomatik yönləndirilmə sistemi ilə təchiz olunmuş zərbə dronlarından istifadə edilib”, – deyə məlumatda bildirilib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampın tarif qərarlarının Azərbaycan iqtisadiyyatına təsirləri – AÇIQLAMA

redaktor

Çempionlar Liqasında format dəyişikliyi ilə bağlı gizli görüşlər keçirilməsi haqqında məlumatlar var

admin

Norveçdə əsgərlər qeyri-adi təlimlərdə iştirak edir – ŞOK

admin