22.6 C
Bakı
29 İyun 2026 09:19
DünyaMuharibə

Ukrayna PUA-ları rusların 3 kompleksini məhv etdi

Donetsk istiqamətində PUA qüvvələri rus işğalçıların ümumi dəyəri təxminən 50 milyon dollar olan üç zenit-raket kompleksini məhv edib.

 

Bu barədə Ukraynanın “Xortitsa” operativ-strateji qoşun qruplaşması məlumat yayıb.

 

Hərbçilərin sözlərinə görə, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin 14-cü BpAK alayının operatorları iki həftə ərzində düşmənin üç hava hücumundan müdafiə sistemini aşkarlayaraq məhv ediblər. Qeyd olunur ki, bunlar modifikasiyası dəqiqləşdirilməmiş iki “Buk” və bir “Tor” zenit-raket kompleksidir.

 

“Bu komplekslər düşmənin hava hücumundan müdafiəsinin mühüm elementləridir və onların ümumi dəyəri təxminən 50 milyon dollar təşkil edir. Məhv edilməsi üçün hədəfin tutulması və avtomatik yönləndirilmə sistemi ilə təchiz olunmuş zərbə dronlarından istifadə edilib”, – deyə məlumatda bildirilib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Harrislə növbəti debatdan imtina etdi

redaktor

Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə güzəşli ipoteka krediti götürmək hüququ verilib

redaktor

Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib

redaktor