11 C
Bakı
30 Mart 2026 05:52
Dünya

Zelenski həmyerlilərimizi “İgidliyə görə” ordeni ilə TƏLTİF ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra hərbçilərin dövlət mükafatlarına layiq görülməsi haqqında Fərman imzalayıb.

Tacxeber.com xəbər verir ki, təltif edilənlər sırasında 3 nəfər soydaşımız da yer alıb.

Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaətə, hərbi borcunu fədakarlıqla yerinə yetirməsinə görə İsmayılov Ruslan Xəqani oğlu (baş çavuş) ölümündən sonra və Qəhrəmanov Ruslan Vahidoviç (kiçik çavuş) III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Həmçinin həmyerlimiz İlqaroviç İlyas İsmayılov ölümündən sonra 2-ci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynaya 60 ədəd döyüş maşını göndərdi

redaktor

Ukrayna Rusiyanın “Oreşnik” kompleksini belə MƏHV EDİB – DETALLAR

redaktor

Yaponiyanın XİN rəhbəri gözlənilmədən Ukraynaya getdi

admin