21 C
Bakı
09 Oktyabr 2026 15:17
Dünya

Zelenski həmyerlilərimizi “İgidliyə görə” ordeni ilə TƏLTİF ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra hərbçilərin dövlət mükafatlarına layiq görülməsi haqqında Fərman imzalayıb.

Tacxeber.com xəbər verir ki, təltif edilənlər sırasında 3 nəfər soydaşımız da yer alıb.

Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaətə, hərbi borcunu fədakarlıqla yerinə yetirməsinə görə İsmayılov Ruslan Xəqani oğlu (baş çavuş) ölümündən sonra və Qəhrəmanov Ruslan Vahidoviç (kiçik çavuş) III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Həmçinin həmyerlimiz İlqaroviç İlyas İsmayılov ölümündən sonra 2-ci dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor