Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.

“Qafqazinfo” xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV-də yayımlanan “Əsas məsələ” verilişi ilə bağlı status paylaşıb.
Paylaşımda qeyd olunur: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.
Maraqlıdır ki, bir müddət sonra deputat Əziz Ələkbərli sonradan öz hesabından yazdığı statusu silib.
.jpg)
