26 C
Bakı
28 Sentyabr 2026 16:36
Dünya

Lavrovdan gözlənilməz təhqir: “Zelenski əlbəttə ki, uşaqdır, amma bizim uşağımız…”

Lavrovdan gözlənilməz təhqir: “Zelenski əlbəttə ki, uşaqdır, amma bizim uşağımız…”

Lavrovdan gözlənilməz təhqir:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukrayna prezidenti Vladimir Zelenskinin ünvanına qeyri-etik ifadələr səsləndirib.

Tacxeber.az xarici mətbuata istinadən bildirir ki, Lavrovun BMT Təhlükəsizlik Şurasındakı təhqiramiz çıxışına diqqət çəkən Ukrayna Xarici İşlər Naziri Kuleba Rusiya tərəfinin jarqonunun qəbuledilməz olduğunu qeyd edib.

S.Lavrov çıxışı zamanı Ukraynanın 8 ildir Donbas bölgəsinə hücum etdiyi barədə fikirlər səsləndirib. Beynəlxalq insan haqları təşkilatlarının Ukrayna prezidenti Zelenski lehinə olan siyasətinə toxunarkən “Əlbəttə ki, o uşaqdır, amma bizim uşağımız”.

Lavrov çıxışını bitirən kimi iclas zalını tərk edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya xarici işlər nazirinin iclas zalını sürətlə tərk etməsinə münasibət bildirərək “Mən başa düşdüm ki, rus diplomatları da rus əsgərləri kimi qaçmaqda ustadırlar” deyib.

Lavrovun Ukrayna prezidentini təhqir etməsinə də münasibət bildirən Kuleba “Əslində Rusiya tərəfinin böhtan xarakterli çıxışında diqqət çəkilməli olan başlıca məqam bir dövlət təmsilçisinin digər dövlət başçısı haqqında işlətdiyi qəbuledilməz jarqondur” – deyə qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor