23.2 C
Bakı
15 İyun 2026 13:48
CəmiyyətHadisə

Müştərinin çənəsini sındıran “Yelo Bank”ın filial müdiridir

Xəbərimiz verdiyimiz kimi “Yelo Bank”ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı dünən tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

 

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”-  vəkil qeyd edib.

 

Hadisənin yeni təfərrüatları məlum olub. Aqil Layıcın statusuna şərh yazan şəxslərdən qeyd edib ki, davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub.

Əldə etdiyimiz məlumata görə zərərçəkmiş şəxs Təbriz Quliyev olub. Təbriz Quliyev isə insident zamanı söyüş söymədiyini, Vüqar Xəlilovun müştərilərlə kobud danışdığını və mübahisənin də buna görə baş verdiyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Şeytan onu yoldan çıxardı, sözünün ağası olmayan bir populistə qoşuldu, imicinə də zərər vurdu, biznesinə də…

admin

Kimlər üçün dəfn pulu verilmir?

admin

Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

redaktor