28 C
Bakı
13 Avqust 2025 18:19
Cəmiyyət

Onkoloji xəstəliklər də icbari tibbi sığorta zərfinə DAXİL EDİLİR?

“Sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsi istiqamətində əhəmiyyətli islahatların aparılmasına baxmayaraq, hələ də bu sahədə müəyyən çətinliklər qalmaqdadır”.

 

Tacxeber.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsini təqdim edərkən deyib.

 

O bildirib ki, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsinə ehtiyac var:

 

“Həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması məqsədilə zəruri tədbirlərin görülməsi, eyni zamanda ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlamlığın qorunması hüququnun effektiv təmin olunmasında olduqca vacibdir.

 

Bundan başqa onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, habelə “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi də məqsədə müvafiqdir”.

Tacxeber.com

Oxşar xəbərlər

“Quska”nın 6 illik həbsi bu gün bitdi, amma…

admin

Bakıda turistin itirdiyi 20 min dollar görün harda tapıldı – VİDEO

redaktor

“Xocalı geri alınana kimi siqaret çəkəcəyəm” – Tahir Kərimli

admin