Cəmiyyət

Təyyarədə çəkilişə və tütün çəkməyə görə cərimələr ARTIRILIR: 500 manat…

Hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələr artırılır.

 

Tacxeber.comxəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manat məbləğində cərimə tətbiq edilir.

 

Hava nəqliyyatında tütün çəkməyə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu peşə sahibləri daha tez xərçəngə tutulur – SİYAHI

redaktor

İsa Həbibbəyli tələb etdi, institut direktoru istefa verdi

redaktor

ABŞ, Çin və Rusiya arasında şahmat oyununa bənzər mübarizə getdir.

admin