23.2 C
Bakı
15 İyun 2026 15:02
Dünya

“1921-ci il ssenarisinin təkrarlanmasına imkan vermədik” – Kobaxidze

“Gürcüstan hökuməti 1921-ci il ssenarisinin təkrarlanmasına imkan vermədi”.

 

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, konkret qüvvələr həmin ssenarinin təkrarlanması üçün əllərindən gələnləri etdilər.

 

“Gürcüstan hökuməti ölkədə sülh və təhlükəsizliyi qoruyub saxlamağa nail oldu. Gürcüstanda ikinci cəbhənin açılmasına çoxlu səylər göstərilsə də, biz bu mübarizədə uğur əldə etdik. Radikal müxalifətlə koordinasiya olunan birbaşa tələblər və çağırışlar oldu, lakin hökumətin sayəsində Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı”.

 

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib. Həmin tarix Gürcüstanda Sovet işğalı günü kimi qeyd edilir.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: Netanyahu mənim verdiyim istənilən qərarı yerinə yetirəcək

redaktor

Səfərbərliyə çağırılan ruslar cəbhəyə çatmamış ölür – Sensasion statistika

redaktor

Açıq-aydın hiss olunur ki, Türkiyə vətəndaş qarşıdurmasına sürüklənir

redaktor