Cəmiyyət

İspaniyada istehsal olunan uşaq qidasında AQTA tərəfindən genetik modifikasiya olunmuş orqanizm aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində “Baku Kids Company” QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb.

 

Tacxeber.com AQTA-ya istinadən xəbər verir ki, faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

 

Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin