21 C
Bakı
09 Sentyabr 2026 12:44
Cəmiyyət

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür.

 

Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

 

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

 

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.(APA)

Tacxeber.com

Oxşar xəbərlər

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə – Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…

redaktor

Qahablı Nuraninin Qoyunlar parlamentində ÜSYAN – ŞOK SƏBƏB!

redaktor