25 C
Bakı
23 İyun 2025 15:22
İqtisadiyyat

“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

Vətəndaş Rübabə Əliyeva “Azərbaycan Beynəlxalq Bankı” ilə “Rabitəbank”ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır.

 

 Tacxeber.com Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə şikayətçi özü yazıb və hüquqşünaslardan kömək istəyib. O bildirib ki, “Rabitəbank”dakı hesabından onun xəbəri olmadan pulu çəkilib:

 

“Mənim xəbərim olmadan “Azərbaycan Beynəlxalq Bank”ı 26 mart 00:56-da 10 min kredit ayırıb. Sonra mənim şəxsi vəsaitim olan “Rabitə Bank”dan pulum çəkilib. Bu barədə hər yerə yazmışam. Ancaq heç bir nəticə yoxdur. ABB deyir pulu ödəyin. Nə üz skaneri, nə video görüntü olmayıb. “Rabitəbank”a dəfələrlə müraciət etmişəm. Özləri də təsdiq edib ki, 3D kodu mənə göndərməyiblər. Sonra da dedilər bizdə görünmür, amma Azərkart deyir, mesaj gəlib. Deyirlər, bunu hakerlər edib, polisə müraciət edin”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq.

admin

Azərbaycanda məşhur bazar fantastik qiymətə satışa çıxarıldı.

admin

630 milyonluq Mərkəzi Bankın yeni binasına nə gərək var idi axı?

admin