Mədəniyyət

Rasim Balayevi tənqid etdi: “40 ildir ki…”

“Xəstəyəm, amma buna baxmayaraq, son enerjimi “Azərbaycanfilm” kinostudiyasının bərpa olunmasına sərf edəcəyəm ki, meyitxana dirilsin. Bu sənətdə hamı özü üçündür, heç kəs kinostudiyanın qapısını açıb içəri girmək istəmir”.

 

Tacxeber.com xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov deyib.

 

Aktyor hesab edir ki, bu gün heç kəs sənətkara qiymət vermir:

 

“Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq. Ona görə də sənətkara qiymət vermək adlı şey yoxdur. Çünki çörəyi çörəkçiyə verərlər. Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi”.

 

Xalq artisti bildirib ki, kinoya, sənətə hörmət etməyənlərin qapısını döymək düzgün deyil:

 

“Mən şeyx balasıyam, dilənməyi bacarmıram. Mən sənət adına böyük ideyalarla gəlmişdim. Böyük ustadlar getdilər, yerində çör-çöplər qalıb, mən də onlarla ünsiyyət qurmuram”.

Tacxeber.com

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Rafiq Tağı və susan cəmiyyət

redaktor